Qonşu ölkədə peyvənd olunan pensiyaçılara PUL VERİLƏCƏK
11 noyabr 2021 09:38 (UTC +04:00)

Qonşu ölkədə peyvənd olunan pensiyaçılara PUL VERİLƏCƏK

Gürcüstanda noyabrın 8-dən yanvarın 1-dək koronavirusa qarşı peyvənd alan hər bir pensiyaçıya 200 lari (63 dollar) məbləğində birdəfəlik pul mükafatı veriləcək.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bildirib.

“Pul peyvəndin ilk dozasından dərhal sonra hesaba daxil ediləcək”, - Qaribaşvili deyib. 

Bu gün Gürcüstanda yaşa görə pensiya 60 yaşdan yuxarı qadınlara və 65 yaşdan yuxarı kişilərə verilir. Ümumilikdə, son məlumatlara görə, Gürcüstanda təqribən 793,5 min nəfər pensiya alır ki, onlardan 418,1 mini 70 yaşdan yuxarıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Oxşar yazılar