Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.
Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində 2 nəfər ölüb.
***
saat 17.13
İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.
Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.