Malayziyadan olan 55 yaşlı Anuar Yusof və 40 yaşlı həyat yoldaşı Murni Əhməd qızlarını öldürdüklərinə görə asılacaqlar.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 22 yaşlı Siti Həcər ata və ögey anasının pis rəftarına məruz qalıb, sağlamlığına məhəl qoyulmayıb və acından ölüb.
Ölümü zamanı qız cəmi 18 kiloqram ağırlığında olub və bədənində çürüklər və dişləmə izləri tapılıb.
Hakim Zeynal Azmanın verdiyi məlumata görə, qıza ölməzdən əvvəl bir neçə ay işgəncə verilib.
Cütlüyün daha iki uşağı qətldə iştirak şübhəsi altına düşüb: 26 yaşlı qız və 19 yaşlı oğlan. Lakin istintaq zamanı günahsız olduqları sübut edilib və sərbəst buraxılıblar.