QIRMIZI İŞIQDA  keçən təcili yardım maşınındakı XƏSTƏ ÖLDÜ
19 oktyabr 2021 06:15 (UTC +04:00)

QIRMIZI İŞIQDA keçən təcili yardım maşınındakı XƏSTƏ ÖLDÜ

0

Rusiyanın Penza şəhərində həyəcan siqnalı ilə hərəkətdə olan təcili tibbi yardım maşını işıqforun qırmızı işığında keçərkən “Lada Granta” markalı avtomobillə toqquşub.

Lent.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rostovskaya ilə Ternovski küçələrinin kəsişməsində baş verən hadisə nəticəsində təcili yardım maşını aşıb və içərisindəki 1954 -cü il təvəllüdlü xəstə ölüb. 

Daxili İşlər Nazirliyinin regional qərargahından verilən məlumata görə, təcili tibbi yardım maşınının sürücüsü 1985-ci il təvəllüdlü, “Lada Granta”nın sürücüsü isə 1982-ci il təvəllüdlüdür.

Hadisə ilə bağlı araşdırma başladılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3848

Oxşar yazılar