Tacikistan-Qırğızıstan sərhədinin bütün perimetrində vəziyyət gərgin olaraq qalır.
Lent.az APA-ya istinadən xəbər verir ki, Qırğızıstan qarşı tərəfin tanklardan, BMP-lərdən və minaatanlardan istifadə etdiyini və 11 hərbçisinin yaralandığını bəyan edib.
Tacikistan isə Qırğızıstan hərbçilərinin ağır silahlardan istifadə edərək yeddi kəndi və bir postu atəşə məruz qoyduğunu bildirib. Tacikistanın İsfara şəhərinin rəsmiləri 1 mülki şəxsin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildiriblər.
Baş verən gərginliyə görə Bişkek və Düşənbə bir-birlərini günahlandırır.