Qabonda GƏRGİNLİK:  Prezident ev dustaqlığında...
30 avqust 2023 14:20 (UTC +04:00)

Qabonda GƏRGİNLİK: Prezident ev dustaqlığında...

Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini və 26 avqustda keçirilən prezident seçkilərinin ləğv olunduğunu bəyan ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çevriliş Qabonun seçki mərkəzinin ölkənin hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64,2% səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən dərhal sonra baş verib. Dövlət başçısının əsas rəqibi 30,7 faiz səs toplayan Albert Ondo Ossa olub.

Üsyançılar arasında təhlükəsizlik xidmətinin, milli və prezident qvardiyasının, ordunun və polisin nümayəndələri də var. Qabon Prezidenti Ali Bonqo Ondimba isə üsyançılar tərəfindən ev dustaqlığında saxlanılır.

Qeyd edək ki, həmçinin Fransanın "France 24" telekanalının və RFI radiostansiyasının da fəaliyyətini dayandırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Arzu Qurbanlı

Oxşar yazılar