Prezidentinə  cadu edən şəxslər  azadlıqdan məhrum edildi
16 sentyabr 2025 07:40 (UTC +04:00)

Prezidentinə cadu edən şəxslər azadlıqdan məhrum edildi

0

Zambiyada prezident Hakeinde Hiçilemana cadu etməkdə ittiham olunan iki nəfər azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, paytaxt Lusakada yerləşən sülh məhkəməsində Zambiya vətəndaşı Leonard Firi və Mozambik vətəndaşı Jasten Mabulesse Candunde prezident Hakeinde Hiçilemeyə zərər vermək məqsədilə cadu etməyə cəhddə təqsirli biliniblər.

Müttəhimlərin ötən il soyğunçuluq ittihamı ilə saxlanılan müxalifətçi deputat Emmanuel Bandanın qardaşı Nelson Banda tərəfindən təxminən 80 min dollara kirayə tutulduğu müəyyən edilib.

Keçən il dekabrın 20-də saxlanılan Firi və Candundenin hər biri qanunsuz cadu üçün maddələr saxlamaqda ittiham olunaraq 2 il, cadugərliyə görə isə 6 ay azadlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar