Somalinin paytaxtı Moqadişoda irimiqyaslı terror aktları nəticəsində 100-dən çox insan həlak olub.
Lent.az bildirir ki, bu barədə VOA Somali ölkənin prezidenti Həsən Şeyx Mahmuda istinadən xəbər verib.
İki minalanmış avtomobilin partlaması Təhsil Nazirliyinin binası yaxınlığında, hərəkətin gediş-gəlişli kəsişməsində baş verib.
Partlayışların baş verdiyi yerə baş çəkən Mahmudun sözlərinə görə, azı 300 nəfər yaralanıb. O, vətəndaşları qan donoru olmağa çağırıb.
“Bu, “Əş-Şəbab” cinayətkar qruplaşmasının günahsız insanlara qarşı qorxaqcasına terror aktıdır”, - dövlət başçısı bildirib.
Ölənlər arasında yerli jurnalist Mohamed İsse Kuna da var. “Amerikanın səsi”nin müxbiri Abdulkadir Mohamed Abdulle və “Reuters” xəbər agentliyində çalışan Feysal Ömər isə yaralanıb.