Ermənistanın Baş naziri Nikol Paşinyan
25 fevral 2021 15:10 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan

Paşinyan: "QAÇMAYACAĞAM"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir Nikol Paşinyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində keçirdiyi yürüş zamanı deyib.

N.Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: “Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb.

# 1923
avatar

Oxşar yazılar