Gürcüstan parlamentində hakim partiya deputatlarının, jurnalistlərin və müxalifət nümayəndələrinin iştirakı ilə kütləvi dava düşüb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qarşıdurma jurnalistlərin və müxalifətçilərin deputatların plenar iclasında parlament binasına girməsindən sonra başlayıb.
Onlar parlamentarlarla görüş tələb ediblər.
Bir neçə müxalifət təmsilçisi parlament sədrinin yerini zəbt edib. Onlar tribunaya Gürcüstanın və Avropa İttifaqının bayraqlarını yerləşdiriblər, hökumətin istefasını tələb ediblər.
Hakim “Gürcü arzusu” partiyasının deputatı Şalva Papuaşvili davanı məqsədyönlü provakasiya adlandırıb.