Pandemiyanın vurduğu zərər TRİLYONLARLA ÖLÇÜLDÜ
26 mart 2021 12:50 (UTC +04:00)

Pandemiyanın vurduğu zərər TRİLYONLARLA ÖLÇÜLDÜ

Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.

"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.

O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar