Özgəsinə qazdığı məzarda diri-diri öldü
01 mart 2021 19:45 (UTC +04:00)

Özgəsinə qazdığı məzarda diri-diri öldü

Amerikanın Nyu-York ştatının Lonq-Aylend adasında qəbiristanlıqda qəbir qazan məzarlıqda diri-diri basdırılıb və ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 42 yaşlı Rodvin Ellikok fevralın 25-də səhər saatlarında Vaşinqron Memorial park qəbiristanlığında qəbir qazıb. 

Torpaq iki metrlik bir çuxura çöküb və onun altında qalıb.

Həmkarları nə qədər cəhd etsələr də, kişini oradan çıxara bilməyiblər. Hadisə yerinə polislər və yanğınsöndürənlər gəliblər, ancaq kişini xilas etmək mümkün olmayıb. O, yerindəcə keçinib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar