Ukraynada qızğın müharibənin getdiyi bir vaxtda ölkənin cənubundakı ən böyük şəhər olan Odessanın mərkəzi küçələrində Xocalı faciəsinin 30 illiyi ilə bağlı banerlər yerləşdirilib.
Bu barədə Lent.az-a Odessa Azərbaycanlılarının Birlik Cəmiyyətinin liderlərindən biri Anar Ağayev məlumat verib.
Bildirilib ki, şəhərin mərkəzində 4 yerdə yerləşdirilən banerlər Odessadakı azərbaycanlıların birlik cəmiyyəti tərəfindən təşkil edilib.