Nyu-York – Münhen reysi ilə uçan “Lufthansa” şirkətinə məxsus təyyarə Parisə təcili eniş edib.
Lent.az-ın BFM TV-yə istinadla xəbərinə görə, buna səbəb bir “Tik-Tok” istifadəçisinin təyyarəyə bomba qoyulması barədə paylaşımı olub. Nyu-Yorkdan təlimat alan gəmi komandiri Paris aeroportuna enməyə qərar verib.
Sərnişinlər başqa təyyarə ilə Münhenə yola salınıb. Minaaxtaranlar 4 saatlıq yoxlama zamanı hava gəmisində heç nə tapa bilməyiblər.
Hadisə bazar ertəsi baş versə də, xəbər bir neçə saat əvvəl yayılıb.