“Netflix”  dil seçimi imkanlarını genişləndirir
03 aprel 2025 07:48 (UTC +04:00)

“Netflix” dil seçimi imkanlarını genişləndirir

“Netflix” çərşənbə günü televiziya izləyiciləri üçün genişləndirilmiş dil imkanlarını təqdim edib. Bu yenilik istifadəçilərə platformadakı istənilən məzmuna uyğun tam siyahıdan mövcud subtitrlər və dublyaj dillərini seçmək imkanı verir.

Lent.az xəbər verir ki, bu addım “Netflix”in qlobal kataloqunun əlçatanlığını artırmaq səylərinin bir hissəsidir. Çünki xidmətin istifadəçilərinin təxminən üçdə biri ingilisdilli olmayan şoulara baxır.

“Reuters” agentliyi bildirir ki, Cənubi Koreyanın məşhur "Kalmar oyunu" teleserialı, İspaniyanın "Berlin" serialı və “Oskar” mükafatına layiq görülmüş Almaniyanın "Qərb cəbhəsində yenilik yoxdur" kimi məşhur filmlərin müxtəlif dillərdə əlçatan olması istehsal olunduqları ölkədən kənarda da geniş auditoriya qazanmasına kömək edib.

“Netflix” bəyan edib ki, bütün kataloqlar üzrə 33 dildə subtitr və 36 dildə audio dublyaj təklif edir. Bununla belə, mövcud dillərin dəqiq sayı konkret məzmuna görə dəyişə bilər. Şirkət hər ay dil əlçatanlığı ilə bağlı minlərlə sorğu aldıqdan sonra televiziya platformasında məhdud dil seçimləri parametrini dəyişdirmək qərarına gəlib.

Şirkətin məlumatına görə, bu funksiya artıq mobil cihazlarda və veb-brauzerlərdə aktivdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1448

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16