Avropa İttifaqının Xarici İşlər Nazirlərinin sammitində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman Almaniyanın xarici işlər naziri Annalena Baerbokun razılığı olmadan onu öpməyə cəhd edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəkli çəkilən zaman Qrliç-Radman Baerbokun əlindən tutub və onu öpməyə çalışıb.
Baerbok başını çevirərək ona qarşı çıxıb. Qordan Qrliç-Radmanın bu cəhdi Almaniyada reaksiya ilə qarşılanıb. Almaniya xarici işlər nazirinin yaxın ətrafı qəzetə bildirib ki, bu, “bir-birini salamlamaq üçün yöndəmsiz cəhddir”.
Görüntülər mediada yayıldıqdan sonra reaksiyalar daha da artıb. Daha sonra Qordan Qrliç-Radman Annalena Baerbokdan üzr istəyib.