Nazirin oğlu  çiy ət yedi,   sinif yoldaşlarını ölümlə hədələdi - VİDEO
24 noyabr 2022 19:37 (UTC +04:00)

Nazirin oğlu çiy ət yedi, sinif yoldaşlarını ölümlə hədələdi - VİDEO

Çuvaşiyanın Rəqəmsal İnkişaf naziri Kristina Maininanın oğlu Robert videoda çiy ət yeyib və sinif yoldaşlarını güllələməklə hədələyib.

Lent.az Rusiya KİV-ə istinadən bildirir ki, videoda gənc oğlan çiy ət parçalarını dişləyir. Bundan əlavə, o, sosial şəbəkələrdəki fotosuna da münasibət bildirərək, sınağı bəyəndiyini etiraf edib.

Sinif yoldaşlarının sözlərinə görə, yeniyetmə sosial şəbəkədə 5 saylı gimnaziyanın sinfinin uşaqlarını hədələyən bir neçə video da yerləşdirib. Uşaq söz verib ki, noyabrın 25-də məktəblilərin linç edilməsini təşkil edəcək.

Bundan sonra yeniyetmənin yaşadığı mənzildə axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ondan svastika olan fincan, nasist simvolları olan bıçaq və Eduard Limonovun “Zərif lider olacaq” kitabını müsadirə ediblər. Çuvaş nazirinin oğlunun üzərindən heç bir silah tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar