“Fransanın cənub-şərqində narkotik satıcılarının tutulması üzrə bu gün keçirilən əməliyyat zamanı bir polis əməkdaşı güllələnərək öldürüldü”.
Lent.az xəbər verir ki, bu barədə Fransa Baş naziri Can Kasteks “Twittter” səhifəsində yazıb.
Baş nazir həlak olan polisin ailəsinə və bütün polis struktruna başsağlığı verərək, bunun cavabsız qalmayacağını bildirib.