Mourinyo avrokuboklarda Ferqyusonu  geridə qoydu
28 oktyabr 2022 19:39 (UTC +04:00)

Mourinyo avrokuboklarda Ferqyusonu geridə qoydu

Roma" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda HİK-ə 2:1 hesabı ilə qalib gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo üçün bu qələbə avrokuboklarda 107-ci olub.

Bu göstəriciyə görə portuqaliyalı mütəxəssis Aleks Ferqyusonu keçərək, məşqçilər arasında avrokuboklarda qazandığı qələbələrin sayına görə önə çıxıb.

Mourinyo əvvəllər “Porto”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem” kimi Avropa klublarında baş məşqçi olub. “Porto” ilə 2004-cü ildə, “İnter” ilə 2010-cu ildə Çempionlar Liqasının, 2017-ci ildə “Mançester Yunayted”lə Avropa Liqasının, 2022-ci ildə “Roma” ilə Konfrans Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar