Moskvada 16-cı mərtəbədən yıxılan qadın sağ qalıb .
APA nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə paytaxtın Fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Moskvanın şərqində yerləşən Novokosino küçəsində baş verib.
Hündürmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindən yıxılan qadın binanın giriş qapısının üstü qarla örtülmüş üzlüyünə düşüb. 25 yaşlı qadın xəstəxanaya yerləşdirilib.