Milli geyimdə olan şagird dərsə buraxılmadı - FOTO
06 sentyabr 2023 12:41 (UTC +04:00)

Milli geyimdə olan şagird dərsə buraxılmadı - FOTO

1

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi) geyindiyi üçün dərslərə buraxılmayıb.

Lent.az xarici mətbuyata istinadən xəbər verir ki, gənc qızın vəkili Nabil Boudi “X” sosial media platformasında verdiyi açıqlamada, məktəbə kimono geyinərək gələn qız geyiminə görə dərsdən çıxarılıb. Açıqlamada kimonosunu çıxarmaq istəməyən qızın məktəb direktorunun yanına aparıldığı və dərslərə buraxılmadığı bildirilib.

Müdir gənc qıza geyindiyi paltarla məktəbdə qala bilməyəcəyini bildirib. Bu hadisənin son vaxtlar məktəblilərə verdiyi göstərişlərdən biri olduğu vurğulanıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 18474

Oxşar yazılar