
Məşhur narkobaron saxlanıldı

Niderland polisi “Sxipxol” aeroportunda dünyada narkotik biznesi ilə bağlı ən çox axtarışda olan şəxslərdən biri sayılan Se Çjileni saxlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə bu gün “NL Times” portalı məlumat yayıb.
Kanadaya getmək niyyətində olan Çin əsilli Kanada vətəndaşı Se Çjile Avstraliya polisinin sorğusu əsasında saxlanılıb. İnterpol 2019-cu ildən 57 yaşlı narkobaronı axtarışa verib. Niderland polisi hazırda Se Çjilenin ekstradisiyası üçün Avstraliya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.
Yerli KİV-lərin məlumatına görə, Se Çjile il ərzində dövriyyəsi 70 milyard dollara çatan narkotik qruplaşmaya rəhbərlik edir. Se Çjile əvvəllər Torontoda, son illər isə Makao, Honkonq və Tayvanda yaşayıb.

Oxşar yazılar
“El Pais” nəşri: Avropa YENİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
8 mart 2021 , 08:23Avtomobil avtobus dayanacağına çırpıldı: xəsarət alanlar var
8 mart 2021 , 06:16
5 milyard avro sərvəti olan deputat qəzada öldü
8 mart 2021 , 04:18
Qandonduran hadisə: 1 qadın, 3 azyaşlı - BIÇAQLA DEŞİK-DEŞİK EDİLMİŞ CƏSƏDLƏR...
8 mart 2021 , 02:11
Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı
7 mart 2021 , 18:45
Səs yazısı aləmi qarışdırdı
7 mart 2021 , 17:47
Bu ölkədə hicab və çadra qadağan edilə bilər
7 mart 2021 , 12:07
Qonşu ölkədə qorxu yaradan ölümlər
7 mart 2021 , 10:59