Rusiyalı iş adamı Artem Aslanyan Moskvada intihar edib.
Lent.az xəbərə verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, Aslanyan ölümündən əvvəl anasına mesaj göndərib.
Məktubunda çoxlu sayda işlərdən və ümumiyyətlə hər şeyin yaxşı olmadığı söylənilib.
Ehtimal olunur ki, biznes problemləri səbəbindən intihar edib.