Rusiyanın yüksək hərbi idarələrinə yaxın olan jurnalist Yevgeni Poddubni "Vaqner" qruplaşmasının komandiri Priqojinlə bağlı məlumat yayıb.
Lent.az xarici KİV-ə istinadən verdiyi məlumatına görə, o, bildirib ki, Priqojin Rusiya prezidenti Vladimir Putinin tələbinin əksinə təslim olmaqda imtina edib:
“Priqojin faktiki hərbi qiyamın başladığını açıqladı. Eyni zamanda konfliktin sülhlə həll olunmayacağını bildirib” - deyə Poddubni qeyd edib.