Hindistanda qarın ağrısı ilə xəstəxnaya gedən şəxs həkimləri şoka salıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Linqsuqur bölgəsində qeydə alınıb. Qarın ağrısı ilə müraciət edən xəstə müayinə olunub. Nəticədə onun mədəsinin qəpiklərlə dolu olduğu ortaya çıxıb. O, dərhal əməliyyata götürülüb.
Əməliyyat zamanı xəstənin mədəsindən 187 qəpik çıxarılıb. Pulların ümumilikdə 1 kilo çəkidə olduğu deyilir.