Maska tələbi bərpa olundu –  FRANSADA 
10 noyabr 2021 06:04 (UTC +04:00)

Maska tələbi bərpa olundu – FRANSADA 

0

Fransada orta məktəb şagirdləri bazar ertəsindən etibarən maskadan istifadə məcburi olacaq.

APA-nın xəbərinə görə, Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətindən sonra Səhiyyə Nazirliyi bu məlumatı yayıb.

Məlumatda bildirilir ki, bütün məktəblər 2-ci səviyyəli sanitar protokol rejiminə keçirilir. Bu rejimdə maska məcburidir.

Qeyd edək ki, bəzi Avropa ölkələrində məhdudiyyətlər yenidən qüvvəyə minir. Yoluxma sayı artdığı üçün Almaniyanın Bavariya vilayətində karantin tədbirləri sərtləşdirilib. Bu gündən etibarən restoran və barlara yalnız peyvənd edilmiş və ya koronavirus testinin nəticəsi neqativ olan şəxslər daxil ola bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3207

Oxşar yazılar