Amerikalı milyarder İlon Mask “Twitter”də ixtisarlara başlamağı əmr edib.
Lent.az xəbər verir ki, bu barədə New York Times (NYT) mənbələrə istinadən məlumat yayıb.
Bəzi menecerlərə işçilərin sayında azalma etmək tapşırılıb.
Hazırda Maskın 7500 əməkdaşından neçəsinin işdən çıxarılması haqqında göstəriş verdiyi məlum deyil.
Bu prosesin noyabrın 1-dək davam edəcəyi gözlənilir.