Mask işçilərin yarısını ixtisar edir
03 noyabr 2022 05:55 (UTC +04:00)

Mask işçilərin yarısını ixtisar edir

0

“Twitter” yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İxtisara “Twitter”in 7500 əməkdaşından təxminən 3700-ü düşəcək.

Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.

Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.

Məsələ ilə bağlı şirkət açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1446

Oxşar yazılar