Mafiyanın 100 milyon avroya yaxın pulu əlindən alındı
07 oktyabr 2023 17:40 (UTC +04:00)

Mafiyanın 100 milyon avroya yaxın pulu əlindən alındı

İtaliyada maliyyə polisi Siciliyanın ikinci şəhərində - Kataniyada yerləşən nüfuzlu Laudana mafiyasının üzvü olan iki iş adamının 98 milyon avro dəyərində aktivlərini müsadirə edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, aktivlərin, o cümlədən nağd pulun müsadirəsi prosedurları Siciliya, Latsio, Lombardiya və Veneto bölgələrində baş tutub.

Müstəntiqlər şübhəliləri Kataniya yaxınlığındakı Skaliza klanı ilə əlaqələndirirlər.

Hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatında maliyyə polisinin 50 əməkdaşı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Oxşar yazılar