Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 3000 nəfərə çatıb.
Lent.az xəbər verir ki, fəlakətdən ən çox Cəbəl əl-Əhdar və Tukra bölgələri zərər çəkib. Əl Bayda, Sus, Əl-Mərc və Derna şəhərləri su altında qalıb.
Hökumət fəlakətli daşqın və yağışdan zərər çəkmiş şərq bölgələrində fövqəladə vəziyyət elan edib. Hazırda təbii fəlakət nəticəsində 7 minə yaxın insanın itkin düşdüyü açıqlanıb.
Qeyd edək ki, ölkədə 3 günlük matəm elan edilib.