Hindistandan Britaniyaya qayıdarkən quşla toqquşan təyyarənin burun hissəsi ciddi zədə alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Saytın yaydığı fotoda təyyarənin metroloji radarın yerləşdiyi burun hissəsinin zədələndiyi aydın görünür.
Məlumata görə, Britaniya kralının arvadı, konsort-kraliça Kamilla da hadisə vaxtı göyərtədə olub.