Koronavirusun beşiyi “Uhan bazarı” ilə  bağlı "MÜHÜM DƏLİLLƏR"
08 fevral 2021 08:00 (UTC +04:00)

Koronavirusun beşiyi “Uhan bazarı” ilə bağlı "MÜHÜM DƏLİLLƏR"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq mütəxəssis qrupu Çinin koronavirusun ilk yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda əhəmiyyətli məlumatlar toplayıblar.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bunu qrup üzvlərindən biri, “EcoHealth” qeyri-hökumət təşkilatı rəhbəri, zooloq Peter Daszak bildirib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasında göstərilən bazarın rolu barədə əllərində "mühüm dəlillər" var: “Nəticə barədə məlumat fevralın 10-dək açıqlanacaq. Çin mütəxəssisləri ilə görüşdük, bir sıra tədqiqat mərkəzlərində olduq. Bəzi real dəlillər əldə edildi”.

Mütəxəssis qeyd edib ki, hazırda qrup üzvləri alınan məlumatları müqayisə edirlər: “Bu dəlillər baş verənləri dərindən anlamağın başlanğıcıdır. Araşdırmada əsas sahələrin bütün spektri nəzərdən keçirilməlidir. Qrup bütün işləri Çin tərəfi ilə birlikdə aparııb.

Hər gün onlarla görüşdük, yeni məlumatlarla tanış olduq. Sonra ən vacib yerlərə getmək istədiyimizi söylədik. Onlar gedəcəyimiz yerin siyahısını istədilər. İstədiyimiz bütün yerlərdə olduq, bu barədə açıq idilər”. 

Qeyd edək ki, ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini öyrənmək üçün yanvarın 14-də Çinin Uhan şəhərinə gəliblər.

# 3312
avatar

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34