Koronavirusa yoluxma 63 faiz artdı -ÜST
18 avqust 2023 05:22 (UTC +04:00)

Koronavirusa yoluxma 63 faiz artdı -ÜST

İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub,.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd olunub ki,2300-dən çox insan dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63% artıb, ölənlərin sayı isə 56% azalıb.

İyulun 17-dən avqustun 13-dək Qərbi Sakit okean regionunda xəstəliyin 97% artması müşahidə edilib. Eyni zamanda dörd regionda, o cümlədən Avropada azalma var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar