Koronavirus peyvəndlərin olduğu avtomobil qaçırıldı
05 fevral 2021 08:32 (UTC +04:00)

Koronavirus peyvəndlərin olduğu avtomobil qaçırıldı

0

ABŞ-ın Florida ştatında koronavirus peyvəndi olan avtomobil qaçırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis departamentinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Sözügedən “Hyundai Accent” markalı avtomobil günorta çağı Plant-Siti şəhərində yoxa çıxıb. Onun içərisində COVID-19-a qarşı peyvəndlərin olduğu ampulalar var imiş.

Polis avtomobili qaçıran kişinin tapılmasında yerli sakinlərdən kömək istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2213

Oxşar yazılar