Koronavirusa qarşı peyvənd
15 yanvar 2021 10:31 (UTC +04:00)

Koronavirusa qarşı peyvənd

Koronavirus peyvəndindən Almaniyada 10 nəfər ölüb

Almaniyada koronavirusa qarşı peyvənd vurulandan sonra ən azı 10 nəfər vəfat edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Paul Erlix adına Peyvəndlərin və Biyomedikal Dərmanların İnkişafı Federal İnstitutunun (PEI) mütəxəssisləri tərəfindən ölüm faktları ilə bağlı bir yoxlama başlayıb.

Ağır xəstələrin peyvəndləndikdən sonra dörd gün ərzində öldüklərini qeyd ediblər. Onların fikrincə, peyvəndlənənlərin ölümü ilə peyvəndin özü arasında əlaqə az inandırıcıdır.

Yanvarın 14-nə olan məlumata görə,  ölkə sakinlərinin 842,4 min nəfəri (Almaniya əhalisinin 1 faizdən çoxu) koronavirusa qarşı peyvəndlənib.

Bundan əvvəl Norveçdə Pfizer şirkətinin koronavirusa qarşı peyvəndi nəticəsində 23 adamın ölməsi xəbəri verilib.

Dərman vasitələri agentliyi, peyvəndin həqiqətən də "yaşlı insanlarda mövcud xəstəliklərin daha ciddi bir gedişinə" səbəb olan yan təsirlərə səbəb ola biləcəyini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar