Ukraynanın paytaxtı Kiyevdə Rusiya Silahlı Qüvvələri çoxmərtəbəli yaşayış binası bombalanıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.
Raket atəşi olduğu güman edilən zərbə nəticəsində binanın bir neçə mərtəbəsi məhv edilib.
İlkin məlumata görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Videogörüntüləri təqdim edirik: