ABŞ-ın Corciya ştatında kimya zavodunda yanğına görə 3 yaşayış məntəqəsi köçürülüb.
Lent.az-ın yerli KİV-lərə istinadla xəbərinə görə, yerli hakimiyyət orqanları tüstüyə görə 1 milı radiusda əhalini köçürüb. 3 mil məsafədə olanlardan isə qapalı yerlərdə qalmaq tələb olunub.
Yanğın lokallaşdırılsa da, qatı tüstü insanların səhhəti üçün risk yaradır.