Kənd təsərrüfatı məhsulları bahalaşır - DÜNYADA
12 noyabr 2021 08:10 (UTC +04:00)

Kənd təsərrüfatı məhsulları bahalaşır - DÜNYADA

0

2021-ci ildə dünya üzrə ərzaq məhsullarının ixrac həcmi 1.75 trilyard dollar olacaq. Bu da ötən illə müqayisədə 14% çoxdur.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə bu statistika BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son proqnozunda yer alır.

“Ərzaq proqnozu” adlanan sənədə görə dövriyyənin artmasına səbəb bir tərəfdən kənd təsərrüfatı məhsullarının bahalaşması, digər tərəfdən nəqliyyat xərclərinin artmasıdır. Ümumi dövriyyənin 40%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Ötən illə müqayisədə ixrac qiymətləri 20% artıb. Bundan əlavə, qiymət artımı özünü ən çox qıtlıq olan ölkələrdə göstərir. Ən ciddi artım meyvə, tərəvəz və balıq məhsullarında qeydə alınıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2720

Oxşar yazılar