Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski
13 aprel 2021 18:27 (UTC +04:00)

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovskinin oğlu döyüldü - VİDEO

Moskvada xoşagəlməz imici ilə tanınan Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin nikahdan kənar oğlu Oleq Eydelşteynin iştirakı ilə dava düşüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hadisə apreli 12-də axşam saatlarında “Vnukovo” hava limanında qeydə alınıb.  Jirinovskinin oğlu Şimali Osetiyanın keçmiş rəhbəri Zəlimxan Bitarovun oğlu ilə dalaşıb. Onların hər ikisi bundan əvvəl Vladikavqazdan gəlibmiş.

İki kişi arasındakı münaqişənin səbəbi açıqlanmır, lakin siyasi xarakterli olduğu istisna edilmir. Çünki Eydelşteyn Şimali Osetiya parlamentinə son seçkilərdə iştirak edib. 

Dava zamanı Bitarovun Eydelşteynin başından mimimum 4 zərbə vurduğu bildirilir. Jirinovskinin oğlu bundan sonra polisə müraciət edib. Onun vəziyyəti ilə də bağlı məlumat verilmir. 


 

Jirinovskinin oğlu döyüldü 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar