İtaliyada 60 yaşdan yuxarı insanlara 2-ci doza peyvənd vurulması təsdiqləndi
28 avqust 2021 20:19 (UTC +04:00)

İtaliyada 60 yaşdan yuxarı insanlara 2-ci doza peyvənd vurulması təsdiqləndi

0

İtalyan Dərman Agentliyi 60 yaşdan yuxarı insanlara koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Rai News 24” telekanalı məlumat yayıb.

Bildirilib ki, Britaniya-İsveç şirkəti olan “AstraZeneca”nın “Vaxzevria” peyvəndinin ilk dozasını alan sözügedən yaş qruplarına ikinci doza olaraq sintetik ribonüklein turşusu əsasında məhlul vurulacaq.

Qyd edək ki, iyunun 11-də İtaliya hökuməti “AstraZeneca” peyvəndinin 60 yaşdan aşağı insanlara tətbiqi ilə bağlı qərar vermişdi.

Bu günə qədər İtaliyada 12 yaşdan yuxarı insanların 69 %-dən çoxuna 76.8 milyondan çox koronavirusa qarşı peyvənd vurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar