İstirahətdən qayıdanda qəzaya düşdülər –  Ölənlər var
29 dekabr 2021 20:44 (UTC +04:00)

İstirahətdən qayıdanda qəzaya düşdülər – Ölənlər var

0

Gürcüstanda xarici ölkə vətəndaşlarının olduğu mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Mtsxeta-Stepantsminda yolunun Larsi seksiyasında baş verib. 

Ölənlər arasında ana və azyaşlı uşağı da var. Mikroavtobusun sərnişinlərinin Qudauri qış kurort zonasından qayıdan Bolqarıstan vətəndaşları olduğu bildirilir. Məlumata görə qəza zamanı mikroavtobusda 9 nəfər olub. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başladılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3124

Oxşar yazılar