İrəvanın terrorçu mahiyyəti yenə sübut olundu: PKK-ya raket komleksi satmaq istəyir
06 may 2021 13:20 (UTC +04:00)

İrəvanın terrorçu mahiyyəti yenə sübut olundu: PKK-ya raket komleksi satmaq istəyir

Ermənistanın, Qarabağdakı işğalçı rejimə rəhbərlik etmiş şəxslərin terrorçu mahiyyət və xisləti yenə ifşa olundu. Türkiyə mediası yazır ki, dünyanın ən təhlükəli terror təşkilatlarından biri kimi qəbul olunmuş PKK ermənilərdən OSA raket kompleksi almaq istəyir. Bununla bağlı PKK üzvləri, Vitali Balasanyan, keçmiş “müdafiə nazirləri” Cəlal Arutunyan və Samvel Babayanla görüşüblər. Terrorçular ermənilərdən aldıqları raket komplekslərini İraqın şimalındakı Qəndilə aparmaq niyyətindədirlər.

“Türkiye” qəzeti yazır ki, Türkiyə ordusunun son zərbələri qarşısında aciz qalan PKK pilotsuz təyyarələrə, qırıcılara və vertolyotlara qarşı hava hücumundan müdafiə sistemləri axtarmağa başlayıb. Terrorçuların ilk müraciət etdiyi isə elə onlardan az geri qalmayan Ermənistan və Liviyanın qiyamçı generalı Xəlifə Haftar olub. Qəzet yazır ki, PKK-nın Ermənistanla təmas qurmasında İran kəşfiyyatı xüsusi rol oynayıb. Danışıqlarda “Haşdi Sabi”  qruplaşmasının rəhbərliyindən bəzi şəxslər də yer alıb. PKK tərəfdən İrəvana danışıqlara erməni əsilli Bese Hozat və Nuriye Kesbirin rəhbərlik etdiyi heyət göndərilib. Erməni tərəfdən isə danışıqlarda Xocalı qatillərindən olan Vitali Balasanyan,  “müdafiə naziri” Calal Arutyunyan, habelə general Samvel Babayan iştirak ediblər.

PKK-çılar Qəndil dağları da daxil olmaqla bir neçə yerdə yerləşdirmək üçün Rusiyanın istehsalı olan 9K33 “OSA” zenit-raket kompleksləri istəyiblər. Onlar bu kompleksləri və digər silahları Ermənistandan “Haşdi Şabi” qruplaşmasının yardımı ilə İraqa çatdırmaq niyyətindədirlər. PKK ilə Ermənistan hərbi nümayəndələri arasında bu danışıqların ardınca İraq Müdafiə Nazirliyindən 8 nəfərlik nümayəndə heyətinin də Yerevana səfər etdiyi bildirilir. Nəşrin əldə etdiyi məlumata görə, PKK-nın Ermənistanla danışıqları Türkiyə ordusunun mart ayında İraqın şimalındakı Gara dağlarında həyata keçirdiyi əməliyyatın ardınca başlayıb.

Məlumata görə, PKK-çılar Ermənistanla yanaşı Liviyada qiyamçı Xəlifə Haftarla da təmas qurublar. Bu təmaslar Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət üzrə dövlət müşaviri, “Yaxın Şərqin qara qutusu” kimi tanınan Enver Gargasın vasitəçiliyi ilə başlayıb. PKK tərəfdən danışıqlara təşkilatın Suriya qolunun rəhbərliyində yer alan Elder Halil göndərilib. Danışıqlarda PKK-çılar Haftardan Rusiya istehsalı olan “Pantsir-S1” zenit-top kompleksi istəyib. “Türkiyə” yazır ki, PKK-çılar “Pantsir”lər üçün Haftara külli miqdarda pul təklif ediblər. Bu kompleksin Qəndil dağlarına gizli yollarla daşınacağına vəd veriblər.  PKK Haftarın tərəfində döyüşmək üçün  3 min döyüşçü göndərəcəyini də bildirib. Haftar Türkiyənin PKK-ya “Pantsir”lərin verilməsinə görə kəskin reaksiya  verəcəyini bildiyindən belə yardımın mümkün olmadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15