İrandan dəhşətli STATİSTİKA:  14 mindən çox adam...
07 noyabr 2022 17:12 (UTC +04:00)

İrandan dəhşətli STATİSTİKA: 14 mindən çox adam...

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.

Lent.az bu barədə "MOUZE" teleqram kanalına istinadən xəbər verir. Bildirilir ki, statistikanı İran İnsan Haqları Təşkilatı noyabrın 7-ə paylaşıb.

İran İnsan Haqları Təşkilatı noyabrın 7-ə yaydığı məlumatda 17 sentyabrdan 6 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 319 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 428 tələbə də daxil olmaqla 14823 nəfərin saxlanıldığı bildirilib. Onlardan 1862-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Bu müddətdə 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 135 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar