İrandakı terroru törədənin əsl kimliyi məlum olub.
Lent.az xəbər verir ki, bu barədə İranın "MOUZE" teleqram kanalı məlumat yayıb.
İddia olunur ki, terroru törətməkdə şübhəli bilinən şəxs SEPAH-ın üzvü olub: "O, Qasım Süleymaninin cənazə namazınına qatılan Səid Hənifədir.
Səid Hənifə Qasım Süleymaninin yaxın dostu və SEPAH-ın Qüds qoşununun üzvü olub.
Qeyd edək ki, bir neçə gün əvvəl İranda məbəddə terror törədilib. Terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.
Hadisə zamanı 10-dan çox adam ölüb.