İranda etnik ərəb rejim tərəfindən işgəncə altında öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılan etnik ərəbə işgəncə verilib.
Əli Bəni Əsəd adlı 20 yaşlı gəncin təcridxanada bir həftə dindirilməsindən sonra onun ailəsinə övladlarının öldüyünü deyiblər.
Ailəsi bildirib ki, Tibbi Ekspertiza Komissiyası rəyində onun guya böyrək çatışmazlığından öldüyünü yazıb.
Lakin ailəsi heç bir xəstəliyi olmayan fəalın işgəncə altında öldürüldüyünə şübhə etmir.