İranda DƏHŞƏT:  ölmüş qadını asdılar - SƏBƏB
25 fevral 2021 15:55 (UTC +04:00)

İranda DƏHŞƏT: ölmüş qadını asdılar - SƏBƏB

İranda Zəhra İsmaili əri - kəşfiyyat zabiti Əlireza Zamanini öldürməkdə günahlandırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məhkumun vəkili Omid Moradinin dediyinə görə, əri ona və qızına qarşı pis rəftar edib və qadın özünü müdafiə etmək üçün onu öldürüb. Buna baxmayaraq, saxlanılan şəxs ölüm hökmünə məhkum edilib,

Dəhşətli taleyini gözləyən Zəhra, qarşısındakı dar ağacına göndərilən 16 məhbusun ölümünü izləmək məcburiyyətində qalıb. Dəhşətli mənzərənin qadın üçün ölümcül olduğu ortaya çıxıb. Təqsirləndirilən şəxs infarkt keçirərək ölüb. 

Bununla belə Zəhranı asmağa qərar veriblər ki, öldürülən ərinin anası stolu ayaqlarının altından çəkə bilsin. 

İnsan haqları fəalları İsmailiyə qarşı davranışı vəhşilik adlandırıblar.

Zəhra, keçən həftə İranda dar ağacına göndərilən üç qadından biridir. 2013-cü ildən, Həsən Ruhani ölkə prezidenti olduqdan sonra 114 qadın edam edilib.

# 5160
avatar

Oxşar yazılar