"iPhone"nin kreditinə görə bir ailə məhv oldu - Ana, ata və 18 yaşlı oğul öldü
24 avqust 2026 13:39 (UTC +04:00)

"iPhone"nin kreditinə görə bir ailə məhv oldu - Ana, ata və 18 yaşlı oğul öldü

0

Hindistanda "iPhone"nin kreditinə görə ailədə faciə baş verib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Kunal Çandqude valideynlərindən kreditlə aldığı "iPhone"nin aylıq ödənişi üçün pul istəyib, valideynləri bundan imtina etdikdən sonra gənc dik yamaca qalxaraq həyatına son qoyacağı ilə hədələyib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və digər xilasedici qüvvələr cəlb olunub. Mütəxəssislər təxminən üç saat ərzində gənclə danışaraq onu təhlükəli ərazidən uzaqlaşdırmağa çalışıblar.

Bir müddət sonra gəncin atası Murlidhar oğlunu xilas etmək məqsədilə ona yaxınlaşıb. Ata oğlunu təhlükəsiz yerə çəkməyə çalışarkən hər ikisi müvazinətini itirərək hündürlükdən dərəyə düşüb. Onların aldıqları ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Faciə bununla da bitməyib. Hadisəyə şahid olan ana Sangita ağır şok keçirərək dərəyə atılıb. Həkimlər qadının da öldüyünü müəyyən ediblər.

Hüquq-mühafizə orqanları üç nəfərin meyitini ərazidən çıxararaq məhkəmə-tibbi ekspertizaya göndərib.

Polis hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmanı davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar