İnsan orqanları  satan cərrahlar TUTULDU
03 iyun 2025 11:38 (UTC +04:00)

İnsan orqanları satan cərrahlar TUTULDU

Hindistanda qeyri-qanuni insan orqanı alveri ilə bağlı səs-küylü işdə iki əsas şübhəli həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mayın 26-da Telangana polisi Şankaran və N. Ramyanı Çennay şəhərində özəl xəstəxanada qeyri-qanuni böyrək transplantasiyası apardıqları üçün həbs edib. Müstəntiqlərin fikrincə, cinayətkarlar Tamil Nadu ştatının sakinlərini aldadaraq, yüksək maaşlı iş bəhanəsi ilə oraya aparıblar, sonra isə orqanlarını bağışlamağa məcbur ediblər.

Hər bir qeyri-qanuni transplantasiya yeraltı cərrahlara bir milyon rupiyə (təxminən 19 min 379 manat) qədər gəlir gətirib ki, bunun da yalnız 40-50 faizi donorlara gedib.

Bu cinayət işi üzrə orqan alveri ilə məşğul olan 15 təqsirləndirilən şəxs artıq həbs edilib, 7 şübhəli hələ də axtarışdadır.

Cinayət Axtarış Departamentinin (CID) baş direktoru Şixa Qoel tərəfindən şəxsən nəzarət edilən istintaq Alakananda Ümumi Xəstəxanasının damı altında fəaliyyət göstərən qeyri-qanuni transplantasiya cərrahlarının geniş şəbəkəsini üzə çıxarıb.

Xəstəxanada şübhəli fəaliyyətlə bağlı ilk məlumat yanvarın 21-də alınıb, lakin CID istintaqa yalnız aprelin 24-də qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31050

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15