Qətl törədən şəxs
19 avqust 2021 17:01 (UTC +04:00)

Qətl törədən şəxs

"İmam Mehdi" ona beyət etməyəni güllələdi - FOTO

Türkiyədə qətl hadisəsi törədən şəxs məhkəmə qarşısına çıxarılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qətl hadisəsi 2020-ci il oktyabrın 14-də Zonguldakın Kayıkçılar kəndində qeydə alınıb. 55 yaşlı Ərdoğan Kösepınar 67 yaşlı Murat Curana evinin qarşısında 9 güllə vuraraq öldürüb.

Hadisəni törədən Kösepınar ifadəsində özünün imam Mehdi olduğunu, Murat Curanın isə ona beyət etmədiyini bildirib. O, məhz bu səbəbdən mərhumu həyatdan məhrum etdiyini vurğulayıb.

Qeyd edək ki, adı çəkilən hər iki şəxs Almaniyada yaşayıblar və Türkiyənin Zonguldak şəhərində doğulduqları Kayıkçılar kəndinə tətil üçün gəliblərmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

Mehman Nəbiyev

Oxşar yazılar