"Tesla"nın qurucusu İlon Maskın ehtiyatsız davranışı ilə bağlı daha bir hekayə məlum olub.
Lent.az xəbər verir ki, iş adamı avtomobilini partnyoruna göstərmək istəyərkən milyon dollarlıq idman avtomobillə qəza edib və çətinliklə sağ qalıb.
Hadisə 1999-cu ildə baş verib. Mask "PayPal"ın qurucusu Peter Thielə "McLaren F1"i göstərirdi.
Sonuncu İlona niyə belə bir maşın lazım olduğunu və bunun nəyə qadir olduğunu soruşdu.
Gələcək milyarder partnyorunu sərnişin oturacağına əyləşdirərək "Bax!" deyib və qaz pedalına basıb.
Maşın hasara çırpılıb və bir metrə yaxın hündürlüyə qalxaraq asfalta düşüb.
Musk və Thiel çətinliklə sağ qaldı. Bundan sonra İlon şərikinə 1,2 milyon dollarlıq avtomobili sığortalamadığını etiraf edib.
Məlumdur ki, Mask avtomobili təmir edib daha bir neçə il idarə edib, sonra isə onu Ronen Farrouya satıb.